Dünyada saxta dərman dövriyyəsi təxminən otuz faiz həcmindədir. İnternet üzərindən alınan dərmanların təxminən yetmiş faizi saxta olur. Baxmayaraq ki, onlar hamısı ciddi reklam olunur.
Bu fikirləri hafta.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Reklamın biznesdə çox böyük rolu var, istehlakçını aldatmaq, ondan pul qoparmaq yollarından biridir:
“Düşünürəm ki, hökumət elə bir iş aparmalıdır ki, dərman reklamına qadağa qoyulsun. Hələ ölkədə reklam olunmayan dərmanların problemi də var. Amma burada bir məsələni də əlavə edim ki, dərman bazarına nəzarət etməli olan Milli Məclisin Səhiyyə komitəsinin əksər üzvləri özləri aktiv dərman biznesi ilə məşğuldurlar. Sizcə, belə bir mühitdə dərman reklamının qadağasına rəvac verən qərarların qəbulu mümkündürmü? Əlbəttə ki, yox ”.